"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

S.Xəlilov: “Mehmanxana, mədən vergisi və zəbt torpaqların sənədləşdirilməsi və ya bələdiyyə fonduna qaytarılması istiqamətində irəliləyişlər gözləyirik”- EKSPRESS SORGU

--2017-04-12 / 10:09

Belediyye.infonun suallarını Bərdə Bələdiyyəsinin sədri Sadiq Xəlilov cavablandırır.  

-       Sakinlər tərəfindən bələdiyyə vergilərinin vaxtında - problemsiz ödənişi üçün  rəhbərlik etdiyiniz bələdiyyə tərəfindən hansı addımlar atılır?

-       Sakinlərin müraciətlərinə vaxtında baxılıb tədbir görülməsi, onlarla hər gün sıx əlaqədə olmaq, ayrı-ayrı hər bir küçəmizdə abadlıq işlərinin görülməsi, məhəllə komitə sədrlərinin yerlərdə işlərin yaxşı qurulmasına nəzarət etmək, bələdiyyə tərəfindən vətəndaşlara verilən bütün növ arayışların operativ verilməsi; su, qaz, işıqla bağlı problemlərlə müraciət edən sakinlərin şikayətlərinə baxılması üçün müvafiq təşkilatlarla  sıx əlaqələrin qurulması; şəhərdə yaşayan məcburi köçkünlərin müraciətlərinə baxılması və “Dövlətqaçqınkom”un yerdəki nümayəndəliyi ilə sıx əlaqə; yerlərdə səyyari qəbulların keçirilməsi, sakinlərin problemlərinin yerində öyrənilməsi və operativ tədbirin görülməsi nəzərdə tutulur. Yeri gəlmişkən əlavə edim ki, Bərdə rayonunda fəaliyyətdə olan bütün təşkilat və müəssisələrin bir birilə sıx əlaqədə olması sayəsində sakinlərin müraciətlərinə dərhal reaksiya verilir və problem aradan qaldırılır. Bu məsələnin  daim rayon rəhbərliyinin diqqətində olması nəticəsində bələdiyyə tərəfindən yerli vergilərin vaxtında yığılmasına  səbəb olur.

-       2017-ci ildə bələdiyyənizdən hansı istiqamətdə irəliləyişlər gözləyirsiniz?

-       -Mehmanxana, mədən vergisi və zəbt edilmiş torpaqların sənədləşdirilməsi və ya bələdiyyə fonduna qaytarılması istiqamətində irəliləyişlər gözləyirik.

-        Bələdiyyənin maliyyə vəziyyətinin yaxşılşadırılması üçün fikrinizcə hansı addımların atılmasına ehtiyac var?

-       Mətbuat və televiziya vasitəsilə bələdiyyə qanunları və vergiləri haqqında verilişlərin tez-tez hazırlanması və yayımlanmasına ehtiyac vardır.

-        Bu gün bələdiyyə  qanunvericiliyində ilk növbədə hansı dəyişikliyin edilməsini  təklif edərdiniz?

-       Bu gün “Reklam haqqında“, ”Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında qanunda dəyişikliyin edilməsinə, o cümlədən bələdiyyələrin xəritələrinin təhvil verilməsinə ehtiyac vardır.

Belediyye.info

 

ŞƏRHLƏR